4 mart 2024 at 13:40
Jurnalist kodu: 5487
Xəbər kodu: 85407693
T T
0 Persons

Tags

İraq müqavimət qüvvələrinin Hayfa limanına dron hücumu

4 mart 2024 at 13:40
Xəbər kodu: 85407693
İraq müqavimət qüvvələrinin Hayfa limanına dron hücumu

Tehran - İRNA - İraq islami müqaviməti bu gün (bazar günü) Hayfa limanında sionist rejimin kimyəvi obyektlərinin hədəf alındığını elan edib.

İraq islami müqavimətin bəyanatında bununla bağlı deyilir: “İsrail işğalçı rejiminin Qəzzada həyata keçirdiyi qətllərə cavab olaraq, cümə günü axşam saatlarında işğal olunmuş ərazilərdə Hayfa limanında kimya stansiyasını pilotsuz təyyarə ilə hədəfə aldıq.”

Bundan əvvəl sionist rejim mediaları Hayfa limanında bu rejim ordusunun müdafiə sisteminin işə düşməsi və bu bölgənin səmasında şübhəli obyektin aşkarlanmasından sonra partlayış səsinin eşidilməsi barədə xəbər vermişdilər.

Bu medialar bildirmişdi: “Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, Hayfada həyəcan siqnalı çalınır.”

Daha sonra sionist rejimin 14-cü kanalı bu şübhəli obyektin pilotsuz təyyarə olduğunu elan etmişdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .